4 Dekabr 2021
152

Abşeron Milli Parkında ağacəkmə kampaniyası və veloyürüş keçirilib

Dekabrın 4-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Abşeron Milli Parkında 2021-ci il “Ümumrespublika Yaşıllaşdırma Marafonu”nun yekun ağacəkmə aksiyası və BMT İnkişaf Proqramının EU4Climate layihəsi çərçivəsində veloyürüş kecirilib.

Tədbirdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri, Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev, eləcə də Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı və Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri, Böyük Britaniya, Belçika, Tacikistan, Bolqarıstan, Yunanıstan və İsrailin Azərbaycandakı fövqaladə və səlahiyyətli səfirləri və diplomatik korpusun digər nümayəndələri iştirak edib.

Tədbir zamanı 2021-ci il “Yaşıl Marafon”nunun 1 milyonuncu ağacı əkilərək ağacəkmə kampaniyası başa çatdırılıb.