9 Dekabr 2021
378

AzVİF İcraiyyə Komitəsinin iclası keçirilib

8 dekabr 2021-ci il tarixdə Respublika Velotrekində Azərbaycan Velosiped İdmanı Federasiyasının İcraiyyə Komitəsinin Ümumi Yığıncağı keçirilib. 2021-ci ilin idman yekunlarına həsr olunmuş tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev gündəlikdə duran əsas məsələlər barədə fikirlərini bildirib. Federasiya prezidenti ölkəmizdə velosiped idman növünün coğrafiyasının genişlənməsi, kütləviliyin təmin edilməsi, yığma komandaların maddi-texniki bazasının yenilənməsi, idmançıların ustalıq səviyyəsinin artırılması istiqamətində görüləcək işlərdən danışıb.

Daha sonra gündəlikdəki cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Federasiya Prezidenti ölkəmizdə velosiped idmanının bütün növlərinin  inkişafı ilə bağlı konkret tapşırıqlar verib.