28 Dekabr 2021
148

AzVİF prezidentinin sədrliyi ilə müşavirə keçirilib

Bu gün Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyevin sədrliyi ilə müşavirə keçirilib. Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Respublika Olimpiya Velosiped Məktəbi, Respublika Velotrekinin rəhbərliyi, həmçinin məşqçilər iştirak ediblər.

Mədət Quliyev idmançıların hazırlıq prosesində buraxılmış nöqsan və çatışmazlıqlardan geniş söz açaraq nöqsanların aradan qaldırılması məqsədilə aidiyyəti tapşırıqlarını verib.