12 Yanvar 2022
400

AzVİF prezidenti ROEQİUGVM əməkdaşları ilə görüşüb

Bu gün Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin əməkdaşları ilə görüşüb.

Mədət Quliyev velosiped idmanında kütləviliyin təmin olunması və idmançıların hazırlıq prosesində səmərəliliyin artırılmasının vacibliyindən danışaraq iş prosesində yol verilmiş nöqsanların aradan qaldırılması məqsədilə aidiyyəti tapşırıqlarını verib.