20 Aprel 2022
183

AVF prezidenti ROEQİUGVM əməkdaşları ilə görüşüb

Bu gün Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev Respublika Olimpiya Ehtiyat Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin əməkdaşları ilə görüşüb.

Görüş zamanı velosiped məktəbinin fəaliyyəti və inkişafı, idmançıların tibbi müayinədən vaxtında keçirilməsi, velosiped idman növünə marağın artırılması məsələləri müzakirə edilib. 

Mədət Quliyev velosiped idmanında kütləviliyin təmin olunması və idmançıların hazırlıq prosesində səmərəliliyin artırılmasının vacibliyindən danışaraq aidiyyəti tapşırıqlarını verib.