8 May 2022
98

İşğaldan azad edilən ərazilərdə ilk beynəlxalq idman yarışı keçirilib

Suqovuşan su anbarında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş kayak və kanoe üzrə “Prezident Kuboku-2022” reqatasında Azərbaycan Velosiped Federasiyasının üzvləri Arif Babayev, Vətən Müharibəsi Qəhrəmanı, Suqovuşan və digər ərazilərimizin işğaldan azad olunmasında misilsiz xidmətlər göstərən baş leytenant Qəzənfər Ağayev də qonaq kimi iştirak ediblər.

Növbəti gün Mingəçevir şəhərində davam edən yarış zamanı akademik avarçəkənlər arasında ən güclülər müəyyənləşib. Yarışı izləyənlər arasında Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev də olub və qaliblərin bir qisminə mükafatları təqdim edib.