31 May 2022
86

Azərbaycanlı velosipedçilər Albaniyada yarışacaqlar

Şose velosipedi üzrə Azərbaycanın Elit/U23 yığma komandası mayın 31-dən iyunun 4-nə qədər keçiriləcək Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışında mübarizə aparacaq. Sayca 77-ci dəfə təşkil olunacaq mötəbər yarış 5 mərhələdən ibarətdir.

Baş məşqçi Asif Həsənovun rəhbərliyi altında ölkəmizi Elçin Əsədov, Elgün Əlizadə, Musa Mikayılzadə, Əli Qurbanov, Şahin Eyvazov və Yusif İsmayılov təmsil edəcəklər.

İlk yarış günündə iştirakçılar 161 km məsafə qət edəcəklər.

“Tour of Albania”da ümumilikdə 12 komanda mübarizə aparacaq.