1 Iyun 2022
102

Yığma komandamız “Tour of Albania”da uğurlu nəticələrə imza atır

Şose velosipedi üzrə Azərbaycanın  Elit/U23 yığma komandası Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışında uğurla mübarizə aparır.

Belə ki, yığma komandamızın liderlərindən olan Elçin Əsədov yarışın birinci mərhələsini ən yaxşı sprinterlərin sırasında - 7-ci pillədə başa vurub. Velosipedçimiz aralıq finişlərində 17 xal toplayıb. E.Əsədov hazırda ümumi təsnifatda 6-cı yerdə qərarlaşıb. Milli komandamızın digər üzvü Musa Mikayılzadə isə birinci mərhələdə 12-ci olub.

Qeyd edək ki, ilk mərhələdə velosipedçilər 161 km məsafə qət ediblər.

Yarışın ikinci mərhələsi isə iyunun 1-də keçiriləcək. Bu mərhələdə velosipedçilər 153 km məsafədə mübarizə aparacaqlar.

Xatırladaq ki, mötəbər yarışda ölkəmizi Elit/U23 yığma komandamızın üzvləri Elçin Əsədov, Elgün Əlizadə, Musa Mikayılzadə, Əli Qurbanov, Şahin Eyvazov və Yusif İsmayılov təmsil edir. Millimizə baş məşqçi Asif Həsənov rəhbərlik edir.