2 Iyun 2022
47

Millimizin üzvü “Tour of Albania”da ən güclü velosipedçilər arasındadır

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışında mübarizə aparan Azərbaycanın  Elit/U23 yığma komandası ikinci mərhələni də uğurla başa vurub.

Mötəbər yarışın ikinci günündə ən yaxşı nəticə göstərən velosipedçilər arasında ilk onluqda yığma komandamızın üzvü Elçin Əsədov da yer alıb. İdmançımız ikinci mərhələnin nəticəsinə görə, 10-cu yerdə qərarlaşmaqla, ümumi təsnifatda 6-cı sırada mövqeyini qoruyub.

Millimizin digər üzvləri Musa Mikayılzadə 18-ci, Şahin Eyvazov isə 20-ci yerlə kifayətləniblər.

Yarışın ikinci günündə 153,4 km məsafə qət edən velosipedçilər, iyunun 2-də keçiriləcək üçüncü mərhələdə 122.3km məsafədə mübarizə aparacaqlar.

Xatırladaq ki, mötəbər yarışda ölkəmizi baş məşqçi Asif Həsənovun rəhbərliyi altında Elit/U23 yığma komandamızın üzvləri Elçin Əsədov, Elgün Əlizadə, Musa Mikayılzadə, Əli Qurbanov, Şahin Eyvazov və Yusif İsmayılov təmsil edir.