26 Iyun 2022
123

"İdman hamı üçün" layihəsi çərçivəsində veloyürüş keçirilib

Ölkə idmanına və idmançılara hər zaman xüsusi diqqət və qayğı göstərən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmanın inkişafı istiqamətində verdiyi tapşırıq və tövsiyələrə əsasən, iyunun 26-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Bakı Konqres Mərkəzinin qarşısında "İdman hamı üçün" layihəsi çərçivəsində veloyürüş keçirilib. Yürüşdə 100-dək idmançı və həvəskar velosipedçilər iştirak ediblər. İştirakçılar bir saat müddətində Mərkəzin qarşısındakı parkın ətrafında dairəvi hərəkət ediblər.

Peşəkar velosipedçilər isə parkda nümunəvi hərəkətlər nümayiş etdiriblər.

Yürüş şəhər sakinlərinin böyük marağına səbəb olub.

Qeyd edək ki, kütləvi idman tədbirinin təşkilində əsas məqsəd əhali, xüsusən də uşaq və gənclər arasında velosiped idmanına marağın artırılması, sağlam həyat tərzinin təbliğidir.