31 İyul 2022
74

Bakı sakinləri veloyürüşdə iştirak ediblər

İyulun 31-də Bakı Konqres Mərkəzinin qarşısında "İdman hamı üçün" layihəsi çərçivəsində veloyürüş keçirilib. 
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə baş tutan yürüşdə 100-dək peşəkar və həvəskar velosipedçilər, həmçinin şəhər sakinləri iştirak ediblər.
Velosipedçilər Mərkəzin qarşısındakı parkda saat 19:00-dan start götürməklə bir saat müddətində dairəvi hərəkət ediblər.
Veloyürüş şəhər sakinlərinin böyük marağına səbəb olub.
Qeyd edək ki, kütləvi idman tədbirinin təşkilində əsas məqsəd əhali, xüsusən də uşaq və gənclər arasında velosiped idmanına marağın artırılması, sağlam həyat tərzinin təbliğidir.