1 Avqust 2022
59

Elçin Əsədov Yahyalı Qran-Prisində 4-cü oldu

Türkiyənin “Sakarya BB Pro Team” klubunun tərkibində çıxış edən Azərbaycanın şose velosipedi üzrə Elit yığma komandasının kapitanı Elçin Əsədov qardaş ölkədə keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı Yahyalı Qran-Prisində iştirak edib.

Millimizin kapitanı 118 km məsafəni 2 saat 40 dəqiqə 51 saniyə nəticə ilə 4-cü sırada başa vurub.

E.Əsədov bu nəticə ilə həm şəxsi, həm də milli komandamızın beynəlxalq reytinq hesabına daha 20 xal əlavə edib.

Yarışda 1-ci yerə Türkiyənin “Spor Toto” klubunun üzvü Oleksandr Prevar (2:40.36) layiq görülüb.

Qeyd edək ki, Yahyalı Qran-Prisində 6 ölkədən 55 idmançı 10 komandada mübarizə aparıb.