7 saylı ixtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi
Məktəbin fəaliyyəti və idman uğurları
7 saylı ixtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi 1969-cu ildə yaradılmışdır. Məktəbin velosiped idmanı üzrə məşğul olan idmançıları Əhmədli qəsəbəsində yerləşən 29 nömrəli məktəbə məxsus velobazada, Velotrekdə və şoselərdə məşq keçirlər.
7 saylı ixtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbində üç idman bölməsi fəaliyyət göstərir: boks, qılıncoynatma və velosiped idmanı. Məktəbin idman yetirmələri dəfələrlə Avropa, dünya və Olimpiya çempionları olublar. Məktəbin iki yetirməsi - Boris Koretski və İlqar Məmmədov Seul Olimpiadasında qılıncoynatma üzrə Olimpiya çempionu adını qazanıblar. 2008-ci ildə keçirilən boks üzrə Avropa və dünya birinciliyinin qalibi Salman Əlizada də bu məktəbinin yetirməsidir.
![]() 7 saylı ixtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin baş məşqçisi Əbulfəz Məmmədov Beçikanın Dayntse şəhərində təlim-məşq toplantısı zamanı
|
Məktəbin velosiped idmanı üzrə idmançılarından olan Elgün Əlizadə və Nicat Niftəliyev Türkiyənin Konya şəhərində keçirilən beynəlxalq velosiped İdmanı turnirində iştirak edərək ikinci yerə çıxmışdır.
Bundan əlavə Nicat Niftəliyev 2012-ci Niderlandda keçirilən 48-ci Avropa turunda qrup yarışında iştirak edərək bürünc medal qazanmışdır. 2012-ci ildə Rusiyanın Anapa səhərində keçirilən açıq Rusiya birinciliyində iştirak edən Elgün Əlizadə və Nicat Niftəliyev 5-6-cı yerləri tutmuşlar. Eləcə də, 2012-ci ildə Kişinyovda Moldova prezidentinin şərəfinə təşkil edilən turnirdə Elgün Əlizadə finiş xəttini 4-cü keçmişdir. Bundan başqa, Elgün Əlizadə 2014-cü il Avropa çempionatının qrup yarışlarında 11-ci yeri tutmaqla Azərbaycan velosiped idmanı tarixində hələ ki ən yüksək nailiyyətə imza atmşdır.
![]() 7 saylı ixtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin baş məşqçisi Əbulfəz Məmmədov yetirməsi Sirac Hüseynovu yarışqabağı təlimatlandıran zaman
|
Məktəbin direktoru Neman Qasımovdur.
Velosiped idmanı ilə məşğul olmaq istəyən oğlan və qızlar 13 yaşdan etibarən aşağıda göstərilən şəxslərə müraciət edə bilərlər.
7 saylı ixtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi
Tel: (+99412) 5946889
Məşqçi - müəllimlər:
Qurban Tağıyev (+99450) 5031867
Mixail Jutkin (+99455) 7780701
