BMX

BMX


Velosiped motokrosu və ya BMX- start xəttindən istifadə edən və maneələri olan cığırlarda motokros stilində yarışan velosipedlərlə bağlı idman növüdür.
 

Tarixi
 

BMX 1970-ci illərin əvvəlində Kaliforniyanın cənubunda dövrünün motokros ulduzlarından ilhamlanan uşaqların torpaqlı cığırlarda velosipedlərini yarışdırmağa başlaması ilə meydana gəlmişdir. BMX yarışı 1970-ci illərin ortalarında qeyri-adi bir hadisə idi. Yeniyetmələr və uşaqlar Kaliforniyada xüsusi cığırlar ətrafında, nahamar yollarda standart yol velosipedləri ilə yarışırdılar. Onlar motokros yarışlarını imitasiya edərək motosikletçı geyimində nahamar yollarda bir biri ilə rəqabət aparırdılar. 1972-ci ildə motosiklet yarışına həsr olunmuş “On Any Sunday” (Hər şənbə günü) sənədli filmiümumilikdə Birləşmiş Ştatlarda milli hərəkatı ruhlandırmaqla əlaqədar idi. Onun açılış səhnəsində nahamar cığırlarda idarə olunan Stinq reyslər sürən uşaqlar təsvir olunmuşdu. Həmin on illiyin ortalarına qədər bu idman çox böyük kütləyə çatdı və istehsalçılar xüsusilə bu idman növü üçün dizayn edilmiş velosipedlər hazırlamağa başladılar.

"Schwinn Sting Ray" və digər manevr (wheelie bike) velosipedlərinin mövcudluğu və ölçüsü, eyni zamanda daha yaxşı idarə etmə və performans üçün asanlıqla uyğunlaşdırıla bilməsi, onları bu yarışlar üçün təbii velosiped seçimi etdi.

George E. Esser 1974-cü ildə qeyri-kommersiya velosiped motokros sanksiya təşkilatı olaraq Milli Velosiped Liqini (MVL) yaratdı. Onlar MVL-ni təşkil etməzdən əvvəl Esser və onun həyat yoldaşı Mary Amerika Motokros Assosiasiyası (AMA) ilə motosikl yarışlarını sanksiyalaşdırırdılar. Onların iki oğlanları Greg və Brain velosiped yarışdırır, lakin eyni zamanda öz dostları ilə BMX sürməyi və yarışdırmağı da sevirdilər. Oğlanlarının maraqları və Şərqdə BMX təşkilatlarının olmaması onların Floridada MVL yaratmasına yol açdı.

1981-ci ildə Beynəlxalq BMX Federasiyası olan IBMXF təsis edildi və onu təsis edilməsi ilə ilk dünya çempionatı 1982-ci ildə təşkil edilmişdir. Çox qısa zamanda BMX geniş yayılmağa başladı və bu idman növünün əsasında motokros ilə müqayisə də velosiped istiqaməti daha çox olduğuna görə Beynəlxalq Velosiped İdmanı Birliyinin tərkib hissəsinə 1993-cü ildə daxil edildi.

BMX 2003-cü ildə Beynəlxalq Olimpiya Komitəsinin proqramına daxil edilir və ilk dəfə 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında keçirilir. Bu olimpiya oyunu zamanı BMX kişilər və qadınlar arasın təşkil edilmişdir. BMX üzrə kişilər arasında ilk olimpiya çempionları Latviyadan Maris Ştromberq və qadınlar arasında Fransadan Anna Karolina Şosson olmuşdur. 2011-ci ilin 28 mayında 24 yaşlı BMX idmançısı Ced Mildon BMX velosipedində geriyə 3 qat salto etməklə dünya rekordu vurmuşdur.

 

 

BMX-in növləri
 

Frestayl
 

BMX-in "Freestyle" istiqaməti tərcümədə mənası "sərbəst stil" özündə əsasən bir neçə istiqaməti birləşdirir
 

  • Vert (ingilis dilindən Vertical - dik, şaquli) istiqaməti BMX-in bu istiqaməti əsasən U şəkilli düzəldilən xüsusi rampalarda aparılır. BMX idmançısı bu rampanın bir ucundan digər ucuna BMX velosipedi ilə tullanaraq havada müxtəlif tryuklar göstərir.
  • Dirt (ingilis Dirt - çirk, palçıq) BMX-in bu istiqamətində idmançı əsasən palçıqlı nahamar və dərə təpəli yollarda yüksək sürət yığaraq çox çətin sayılan tryuklar həyata keçirir.
  • Street (ingilis - küçə) BMX-in əsasən şəhər şəraitində küçələrdə olan maneələri aşmaqla keçirilən istiqamətidir. Məsələn BMX-in bu istiqaməti, idmançı velosipedlə pilləkənlərin, nərdivanların üstündən və ya üzərindən və s. kimi buna oxşar maneələri aşmaqla tullanma hərəkətlərinin icrasına yönəlib.
  • Park (ing.- park) BMX-in "Street" və "Vert" istiqaməti arasında olan bir növüdür. BMX idmançısının bu növü ilə məşğul olan şəxs xüsusi park bir ərazidə məşğul olur. Bu parkda bu istiqamət üçün səciyyəvi olan xüsusi maneələr tramplinlər, rampalar və s. quraşdırılır. 

Fristayl BMX hazırda hər il keçirilən Ekstrim İdmanları, Yay X Oyunları yarışında əsas tədbirlərdən biridir və Etnies Backyard Jam ilk olaraq Birləşmiş Ştatların Şərq və Qərb sahillərində keçirilmişdir. Sürmə yerlərinin mövcudluğu və fəndlər etməyin nisbətən asanlığı səbəbindən idmanın məşhurluğu artırmışdır.

 

BMX-in Flatland növü
 

Flatland (ing. flat - səth, yastı, land - ərazi,)
 

BMX-in bu istiqamətinin qeyri rəsmi adı "velosiped ilə rəqs" adlanır. Bu istiqamətin əsas məğzi hamar, yastı yollarda müxtəlif tryuklar göstərməkdir. Bu istiqamət idmançılar üçün daha az zədələnmə ehtimalı olan idman növü sayılır.
Velosiped motokrosu və ya BMX- start xəttindən istifadə edən və maneələri olan cığırlarda motokros stilində yarışan velosipedlərlə bağlı idman növüdür.