Mountenbayk

Mountenbayk

Mountenbayk idman növü öz üzərində qaya və uçurumların, sıldırımlı enişlərin, palçıqlı cığırların və digər nahamar yolların qət edilməsi kimi ekstremal xüsusiyyətləri birləşdirir. Bu səbəbdən də adı çəkilən fəaliyyət növü adətən dağ velosiped yürüşləri və ya Mountenbayk adlanır. Bu velosipedlər sıldırım qayalıqlardan, yəni maneəli nahamar yollardan keçə bilməsi üçün davamlı olmalıdırlar. Dağ velosipedlərinin təkərləri amortizasiya və dərə-təpəliklərdə yaxşı işləyə bilməsi üçün adətən böyük və qabarıq şinlərdən ibarət olur. 1990-cı ilin ortalarında ön təkərlərin asılması norma kimi qəbul olunsa da, 1990-cı ilin sonlarında ön və arxa təkərlərin asılması artıq ümumi qayda hesab olunurdu. Yoxuşları qalxarkən əlavə ling gücü təmin edə bilməsi üçün, bəzi dağ velosipedlərinin sükanında tir ucluqlar da yerləşdirilmişdir.

Bu idman növünün tərəqqisi ilə 1970-ci ildə dağ velosiped yürüşlərinin dərə-təpəliklərdə keçirilən velosiped yürüşləri, frirayd, bütün gün ərzində davam edən davamlılıq yürüşləri, yamacda yürüşlər və müxtəlif trek və salom yarışları kimi bir çox yeni alt tipləri inkişaf etmişdir. Bu zaman optimal nümayişə nail olmaq məqsədilə müxtəlif dizaynlara ehtiyacı olan velosipedlə bağlı bir sıra tələblər meydana çıxır. Mountenbaykın inkişafında ilişdirmə qabiliyyətinin 30-a qədər sürət artımı müşahidə olunur ki, bu da həm yoxuşlara çıxış və sürətli eniş zamanı uğurlu nəticələr əldə etməyə imkan verir. Son zamanlar bir təkərin öndən, 10 təkərin isə arxa hissədən ötürülməsini asanlaşdıran “10 ilə 1” tendensiyası meydanı çıxmışdır. Tək sürətli dağ velosipedləri zaman keçdikcə daha geniş yayılmağa başladı. Digər dəyişikliklərə tormoz çənbərinin disklə, ənənəvi 26 örtüyün isə 29-la əvəz olunması daxildir.

 

Tarixi

Dağ velosipedlərinin tarixi Birləşmiş Krallıqda Roughstuff Fellovship, Avropada isə dərə-təpəliklərdə keçirilmiş yarışlardan əldə olunan ianələri (ənənələri) özündə cəmləşdirir. “Mountain bike” ifadəsi çap formasında ilk dəfə 1966-cı ildə “Mountain bicycle” adı altında meydana çıxmışdı. Dağ velosipedi enişli dağ cığırlarında istifadə olunan dəyişdirilmiş ağır kreyser velosipedidir. Bu idman növü 1970-ci ildə ABŞ-ın Kaliforniya ştatında, Marin Kountidə daha da məşhurlaşdı. 2007-ci ildə Klunkerzinin ekranlaşdırdığı Mountenbayk haqqında sənədli filmdə həmin dövrdə velokros velosiped yürüşləri təfərrüatı ilə şərh edilir.

Lakin 1970-ci ilin sonu, 1980-cil ilin əvvəllərində velosiped şirkətləri M4 alüminium kimi yüngül materiallardan istifadə edərək dağ velosipedləri istehsal etməyə başladı. Bir qədər baha olmasına baxmayaraq, titan, hidroqəlibləmə ilə əldə olunan alüminium və karbon lif raması son illər ərzində daha çox istifadə olunur. Dağ velosipedlərinin ilk kütləvi istehsalı Specialized Stumpjumper olmuşdur, ilk dəfə 1981-ci ildə istehsal edilmişdir. 1990-2000-ci illər ərzində dağ velosiped yarışları artıq kiçik idman növü hesab olunmurdu, belə ki, bu idman növü beynəlxalq yarışlarda və dünya çempionatlarında təmsil olunan əsas fəaliyyət növünə çevrilmişdi. 



 Mountenbaykın aşağıdakı növləri vardır.
 

  • Velotrial və ya Bayk Trial (ing: bike trials) Mountenbaykın maneələri dəf etməklə olan növüdür. Bu maneələr təbii və süni  maneələr olaraq daşlardan, odunlardan, taxta lövhələr və s. ola bilər. Keçirilən yarışın əsas məqsədi əl, ayaq və s. digər bədən üzvləri ilə söykənmədən maneələri dəf etməkdir.

    Velotrial İspaniyada ötən əsrin 70-ci illərin sonu, 80-ci illərin əvvəlləri yaranmışdır.  İlk öncə bu yeni velosiped idmanı cərəyanı yaranan zaman velosiped konstruktorları uşaqlar üçün nəzərdə tutulan bu növə aid velosipedləri istehsala çıxarırdılar, amma çox çəkmədən Velotrial tezliklə populyarlıq qazanmağa başladı. Mountenbaykın Velotrial istiqaməti hal - hazırda ekstremal idman növü sayılır və dünya səviyyəli mötəbər yarışlar keçirilir. Hal-hazırda velotrial idman növü üzrə aparıcı ölkələr Fransa, İspaniya, İngiltərə, Belçika, İsveçrə və Almaniya hesab edilir.

    Hazırkı dövrdə belə velotrial inkişaf etməkdədir və bu mountenbaykın bu istiqamətindən yeni bir cərəyan -Street Trial ayrılmaqdır. Əsas məğzi şəhər mühitində olan maneələr üstündə tryuklar göstərilməsidir. Bu yeni cərəyanın ən görkəmli nümayəndəsi velotrialın inkişafında həll edici rol oynayan Denni Makaskilladır.

 

  • Dört (ing.- torpaq, palçıq)- Dyortcampinq (ing. - dirtjumping ) adlanan velosiped növlərindən bunun üçün xüsusi salınmış yollarda tullanma zamanı havada edilən tryukların həyata keçirilməsi ilə məşğul olan Mountenbaykın bir növüdür. Bir çox hallarda mounetnabatkın dörd növünün hərəkətləri zamanı idmançı bir tramplindən tullanaraq digər tramplin üzərinə düşür. Bunun üçün idmançılar əvvəlcə yüksək sürət yığaraq tramplin üzərində hərəkətlərə başlayırlar.

 

  • Street- Mountenbaykın şəhər mühitində əsasən küçələrdə ekstremal sürmə hərəkətlərinin icra olunmasıdır. 

 

  • Sloupstayl- Tramplinlər, bunun üçün hazırlanan xüsusi  piramidalar tikililəri və s. buna oxşar müxtəlif formalı obyektlərin üzərindən tullanaraq təhlükəli akrobatik hərəkətlərin icrası ilə məşğul olan bir növüdür.

 

  • Kros-kantri- dərə-təpəli yerlərdə sürətli velosiped sürmə ilə məşğul olan mountenbaykın bir növüdür. Yarış marşrutu adətən həm təbii, həm də süni şəkildə yaradılan təpəliklər ilə zəngin olaraq 2-5 km məsafəsində olur. Bir yarış isə 6-10 dairəni əhatə edir. Mountenbaykın digər istiqamətləri ilə müqayisədə daha az zədələnmə növü olduğu hesab olunduğu üçün populyarlıq qazanmışdır.

 

  • Bayker kross- eyni zamanda 4 velosipedçinin təpəlik ərazidən aşağı düşərək velosipedçi idmançıların bir-biri ilə yarış zamanı mübarizə aparan növüdür.  Bu yarış zamanı idmançılar bir-biri ilə kontaktına bir halda icazə verilir ki, bu qəsdən rəqibi sıradan çıxartmaq məqsədilə və ədalətli idman ruhuna zidd olmasın. Finalda 2 güclü idmançı öz aralarında bir daha yarışırlar.

 

  •  Dounhill- və ya Sürətli eniş- Mountenbaykın ekstremal idman növüdür. Yarış marşrutu üzərində kəskin döngələr və enişlər vardır. Lakin bununla belə yarış marşrutu üzərinə odun parçaları və çoxlu sayda daşlar eləcə də çala-çuxurlar qoyulur. Yarış marşrutu isə 500 m hündürlükdən 1,5-2 km məsafəsində aşağı düşən tras formasında olur. Bu ərazidə yarışan idmançıların sürəti saatda 50 km-ə çatır.

 

  • Frirayd- və ya Sərbəst gediş- süni və ya təbii surətdə yaradılan dərə-təpəliklərin olduğu ərazidə xüsusi mountenbayk velosiped ilə sürülən bir növüdür. Frirayd növü ilə məşğul olan velosipedçilər hündürlüyü 10 m-ə qədər olan tramplinlər üzərindən tullanırlar. Frirayd yarışları əsasən velosiped avadanlıqları istehsal edən müəssisələr tərəfindən maliyyələşdirilir.  


 

Mountenbayk velosipedləri

Dağ velosipedləri (ingilis: mountain bike, qısaldılmış MTB) yolsuzluq velosiped yürüşləri məqsədilə yaradılmışdır. Dağ velosipedləri ümumiyyətlə hər yerdə sürülə bilər. Həvəskar dağ velosipedçiləri adətən arxalarında su ehtiyatı üçün xüsusi bel çantaları gəzdirirlər. Professionallara gəldikdə isə onlar hər vasitə ilə yüngül və yüksüz olmağa çalışırlar. Dağ velosipedində digər velosiped növlərinə nisbətən yıxılma və zədələnmə təhlükəsizliyi daha böyükdür. Bunun səbəbi əsasən dağ velosipedi yarışlarının ekstremal yol şəraitində olması və tez-tez velosipedlə tullanma triklərindən istifadə edilməsi ilə əlaqədardır.

Mountenbayk velosipedləri öz görünüşünə görə şose, şəhər, trek velosipedlərindən bir qədər fərqlənir. Bu tip velosipedlərə xarakter olan xüsusiyyətlər aşağı çərçivə, bir çox hallarda arxa amarizator, bütün hallarda isə çərçivənin qabaq çəngəlində amarizatorun olması, qalın və möhkəm şinlər ilə seçilir. Sükan tutacağından 10-12 sm qabağa çıxmış halda olur. Mountenbayk velosipedləri son dövrlər təkmilləşdirmə işlərinə aparılmasına baxmayaraq çəkisi əksər hallarda 10-15 kq çərçivəsində olur.

Bu idman növündə qalın və xüsusi mühafizə edici təkər şinlərdən istifadə olunur. Adətən təkərlərin diametrləri 26 inç (650mm) olur. Hazırda yarışlarda 29 inç (720.5mm) diametrdə olan təkərlərdən də istifadə olunur. Bu nov təkərli velosipedlər adətən “tventi naynə” (Twenty niner) də adlandırılır. 

Ümumiyyətlə dağ velosipedləri dizayn xüsusiyyətlərinə görə bir neçə kateqoriyalara ayrılır. Bunlardan “XC”, “Cross Country”, “Hard tail”, “Downhill MTB”, “Freeride”, “Terrain bikes” və s. misal ola bilər. Hazırda ən geniş yayılan dağ velosiped növlərindən “XC” və “Terrain”i misal göstərmək olar.


 

Texniki xüsusiyyətləri

Dağ velosipedləri yol velosipedlərindən mühərrik cəhətdən də tam fərqlənir. Belə ki, yol velosipedlərinin ön mühərrik dişləri 50-55 arası olsa da, dağ velosipedlərində bu say 40-48-dən yuxarı olmur. Bunun ilkin səbəbi velosipedin çəkisi və eyni zamanda onun sürülmə profilindən asılıdır. Yol velosipedlərində əsasən sürət nəzərdə tutulduğu halda, dağ velosipedlərində qüvvə yaradaraq yoxuşları qalxmaq ön plana keçir.

Dağ velosipedlərinin digər hissələri də yol velosipedlərinə nisbətən möhkəm və sınmaya davamlı hazırlanır. Velosiped çərçivə tullanma zamanı yüksək təzyiqə dayansın deyə ön və orta tərəfdən yaylarla (amartizator) təchiz olunurlar. Yaylar həm yumşaqlığı həm də cəld sıçrayışla tullanmanı asanlaşdırır.

Yaylar adətən müasir texnologiya üsulu ilə, yəni hidravlik sistemlə təmin olunur. “”Rockshock” adlanan bu hidravlik yayların yağları müəyyən kilometrdən sonra  dəyişdirilir. Sadə dağ velosipedlərində bəzən hidravlik yox, sadəcə metal yaylardan istifadə olunur və həmin yaylar müəyyən zərbə və təzyiqlərə məruz qaldıqdan sonra sıradan çıxır və yeniləri ilə əvəz olunur.