“Sərhədçi” İdman Olimpiya mərkəzi

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nəzdində olan “Sərhədçi” İdman Olimpiya Mərkəzi 2009-cu il, avqustun 31-də istifadəyə verilib.  Bakının Xətai rayonunda yerləşən mərkəz 3 hektar ərazini əhatə edir və ümumi sahəsi 37.300 kvadrat metrə bərabərdir. Burada eyni vaxtda 32 idman növü ilə məşğul olmaq mümkündür.

Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə mərkəzin velosiped bölməsi 2013-cü ilin avqustunda fəaliyyətə başlayıb. Hazırda burada 20-yə yaxın yeniyetmə və gənc idmançı velosiped idmanının sirrlərinə yiyələnir. Mərkəzin baş məşqçisi dəfələrlə Azərbaycan çempionu, Dünya Kubokunun iştirakçısı Aleksey Qorikovdur.


Tel: (+99455) 4100024