Trek
Trek yürüşləri adətən trek velosipedlərindən istifadə olunmaqla xüsusi olaraq inşa olunmuş enişli treklərdə və ya velodromlarda (lakin bir çox yarışlar trek virajının nisbətən dayaz olduğu köhnə velodromlarda keçirilir) keçirilən velosiped yarışlarıdır.
Tarixi
Qapalı trek yürüşlərinin keçirilməsində əsas məqsədlərdən biri tamaşaçılara asan nəzarət olunmasından ibarət idi. Nəticədə, giriş haqqı tutulurdu, bu da trek yarışlarını gəlirli idman növünə çevirməyə imkan verirdi. İlk trek yarışları təxminən 2 min insanı cəlb edə bilmişdi. Qapalı trek yürüşləri ilk dəfə bütün ili davam edən velosiped yürüşlərinin keçirilməsinə də imkan yaratdı. Britaniyada trek yarışlarının həyata keçirilməsi üçün nəzərdə tutulmuş ilk əsas mərkəzlər Birminhem, Şeffild, Liverpul, Mançestr (milli velosiped sportu mərkəzi) və London şəhərlərində olmuşdur.
Trek yürüşlərinin keçirildiyi müddətində nəzərə çarpan əsas dəyişikliklər sırasına, velosipedlərin tez bir zamanda daha çox məsafə qət edə bilməsi üçün daha yüngül və daha aerodinamik hazırlanması daxil edilə bilər.
1912-ci il Olimpiya oyunları istisna olmaqla, trekdə velosiped yürüşləri müasir Olimpiya Oyunlarının hər birində təmsil olunmuşdur. Qadınların iştirakı ilə keçirilən trek yürüşləri 1988-ci il müasir Olimpiya Oyunlarına daxil edilən ilk yarış olmuşdur.
Əsas Mərkəzlər
Trek yürüşləri 1930-cu ildə Birləşmiş Ştatlarda, Medison Skuer Qarden-də altı günlük yarışlar keçirilən zaman məşhurluğunun ən yüksək zirvəsinə çatdı. “Medison” sözü hələ də altı günlük yarışlarda bu yarış növünün adı kimi yaddaşlara həkk olunub. ABŞ velodromlarının bir qrupu Amerika Trek Yarışları İttifaqının (ATYİ) əsasını qoymuş və onun üzvlüyünə hal-hazırda Birləşmiş Ştatlarda yerləşən velodromların yarısından çoxu daxildir.
Yarışın formatı
Trek Velosiped Yarışları 2 böyük kateqoriyaya bölünür: Sprint yarışlar və Davamlılıq yarışları. Velosipedçilər bir qayda olaraq bir kateqoriyaya aid olur və digər kateqoriya ilə yarışmamalıdırlar. Hərtərəfli istedada malik velosipedçilər əsas mərhələyə keçməzdən öncə, ilkin mərhələdə bir və ya digər sahəyə yönəlməyə dair qərar verməlidirlər.
Sprintdə yarışlar ümumilikdə 8 – 10 metr arası uzun dairələrdə keçirilir və rəqibləri məğlub edə bilmək üçün dar sprint, eləcə də yarış taktikalarına əsaslanırlar. Sprint velosipedçiləri qeyd edilən uzunluqda keçirilən yarışlarda rəqabət apara bilməsi üçün xüsusi məşqlər keçməli və daha uzun davamlılıq yarışlarında yarışmamalıdırlar.
İdman rekordları
