UCI-nın şərhçisi: “Gözlər Artyomun üzərindədir”

UCI-nın şərhçisi: “Gözlər Artyomun üzərindədir”

Ruandanın paytaxtı Kiqalidə keçirilən şose velosipedi üzrə dünya çempionatında gənc oğlanların fərdi ötüşmə yarışı zamanı Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) yarışı canlı yayımlayan rəsmi “Youtube” kanalının şərhçiləri yığma komandamızın üzvü Artyom Proskuryakov haqqında kifayət qədər yüksək fikirlər söyləyiblər:

– Proskuryakovun gözəl velosipedi var, elə deyilmi? Bu aerodinamik fərdi ötüşmə velosipedidir. “Pardus” həqiqətən çox yaxşı görsənir. Onun mükəmməl quruluşu var.

– Azərbaycanlı idmançının 18 yaşı var. Əminəm ki, gözlər onun üzərindədir. O, hazırda öz işini əla yerinə yetirir. Bu haqda düşünsək, həqiqətən də böyük şəbəkə logistikasının olduğunu görərik. Azərbaycanlı idmançının əla velosipedi var və onun necə sürətli olduğunu görə bilərsiniz. Görünür, bu idmançı bütün sürətlər nisbətindən istifadə edib və saatda 70 km-ə yaxın sürətlə gedir. Velosipeddən isə həqiqətən də gözəl səs gəlir və o, sanki raket daşıyan katerə bənzəyir.

Qeyd edək ki, Artyom Proskuryakov 22,6 km məsafəyə fərdi ötüşmədə 32 dəqiqə, 47 saniyə göstərici ilə 85 iştirakçı arasında 41-ci nəticə göstərib və çıxışını başa vurduqdan sonra ən yaxşı vaxt göstəricisinə malik idmançı kimi 20 dəqiqəyə yaxın müddət ərzində yarışın lideri üçün nəzərdə tutulan fəxri kürsüdə əyləşib.

Göstərilən platformalarda paylaş:

Bütün hüquqlar qorunur © 2025