Ağdaş rayon məktəbliləri arasında velosiped yarışı keçirilib

Ağdaş rayon məktəbliləri arasında velosiped yarışı keçirilib

Ağdaş Rayon İcra Hakimiyyəti və Azərbaycan Velosiped İdmanı Federasiyasınin (AzVİF) birgə təşkilatçılığı ilə 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Ağdaş rayon məktəbliləri arasında velosiped yarışı keçirilib. Yarışda 3 yaş kateqoriyası üzrə 60-a yaxın oğlan və qız mübarizə aparıb.

Fərqlənən idmançılar Ağdaş Rayon İcra Hakimiyyəti və Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) tərəfindən medal, diplom və qiymətli hədiyyələrlə təltif olunublar.

Yarışın keçirilməsində əsas məqsəd bölgələrdə velosiped idmanının inkişafına və kütləviliyinə nail olmaqdan ibarətdir. Bu hədəfə çatmaq üçün AzVİF, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, habelə Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının birgə fəaliyyəti çərçivəsində son bir neçə ay ərzində respublikanın 15 bölgəsində velosiped bölmələri yaradılıb.

Göstərilən platformalarda paylaş:

Bütün hüquqlar qorunur © 2026