Astanada keçirilən trek yarışında komandamız daha bir medal əldə edib

Astanada keçirilən trek yarışında komandamız daha bir medal əldə edib

Qazaxıstanın paytaxtı Astanada olan trek velosipedi üzrə yığma komandamız daha bir medal əldə edib. Bu ölkənin Açıq çempionatında mübarizə aparan Məryəm Hüseynova yarışı bürünc medalla başa vurub.
2009-2010-cu il təvəllüdlü qızlar arasında çıxış edən velosipedçimiz omnium yarışlarında 3 hərəkətin cəmində 38 iştirakşı arasında ümumi təsnifatda 3-cü olub və bürünc medala layiq görülüb.

Göstərilən platformalarda paylaş:

Bütün hüquqlar qorunur © 2025