Azərbaycan Kubokunun ikinci mərhələsi keçirilib

Azərbaycan Kubokunun ikinci mərhələsi keçirilib

Azərbaycan Kubokunun ikinci mərhələsi keçirilib

Aprelin 20-21-də trek velosipedi üzrə Azərbaycan Kubokunun ikinci mərhələsi keçirilib. Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə Respublika Velotrekində baş tutan yarışın ilk günündə idmançılar tempo, ikinci günündə isə xallar üzrə qrup ötüşməsi növlərində güclərini sınayıblar.

17 yaşadək oğlanlar arasında Çingiz İsayev (ROEQİUGVM, 36 xal/65 xal),

Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanların mübarizəsində isə Tural İsrafilov (ROEQİUGVM, 62 xal/138 xal) hər iki növ üzrə birinci yerə layiq görülüblər.

15 yaşadək oğlanların yarışında isə tempo növü üzrə Timur Rəcəbov (ROEQİUGVM, 6 xal), xallar üzrə qrup ötüşməsində İlkin Sadıqzadə (Təhsil RİM, 21 xal) qızıl medal qazanıblar.

Qaliblərə medal, diplom və qiymətli hədiyyələr təqdim edilib.

Bütün hüquqlar qorunur © 2025