“Bakı-Xankəndi” Azərbaycan Velosiped Yarışının Təşkilat Komitəsinin növbəti iclası keçirilib

“Bakı-Xankəndi” Azərbaycan Velosiped Yarışının Təşkilat Komitəsinin növbəti iclası keçirilib

Fevralın 27-də Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı “Bakı-Xankəndi” Azərbaycan Velosiped Yarışının Təşkilat Komitəsinin növbəti iclası keçirilib.

İclasda yarışa hazırlıqla bağlı Tədbirlər Planının hər bir bəndinin icra vəziyyəti, xüsusilə təhlükəsizlik, marşrutlar üzrə yolların hazırlığı, tibbi təminat, logistika, viza təminatı, yarış iştirakçılarının qarşılanması, oteldə yerləşdirilməsi və digər məsələlər ətraflı müzakirə olunub.

Göstərilən platformalarda paylaş:

Bütün hüquqlar qorunur © 2026