Respublika Velotrekinə növbəti infotur təşkil olunub

Respublika Velotrekinə növbəti infotur təşkil olunub

Oktyabrın 20-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped Federasiyası (AVF) və Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Respublika Velotrekinə növbəti infotur keçirilib. İnfoturda Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin 20 tələbəsi iştirak edib.

İştirakçılar yarış treki, BMX meydançası, velosiped boksları, fitnes zalı və velosipedə aid muzeydə olublar. Gənclərə velosiped idman növü, təhlükəsizlik qaydaları, AVF-nin fəaliyyəti, velosiped məktəbləri və Respublika Velotreki haqqında məlumat verilib, onları maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

İnfotur iştirakçıları mütəxəssislərin nəzarətində velosiped sürüblər.

Qeyd edək ki, Respublika Velotrekinə müxtəlif gənclər təşkilatlarının üzvləri üçün davamlı olaraq infoturlar təşkil olunur.

Göstərilən platformalarda paylaş:

Bütün hüquqlar qorunur © 2025