Hörmətli velosiped həvəskarları!
Respublika Velotreki əsaslı təmir və yenidənqurma işlərindən sonra müasir tələblərə cavab verən infrastruktur və yüksək səviyyəli xidmətlərlə idmansevərlərin istifadəsinə verilib.
Velosiped sürməyi öyrənmək istəyən şəxslər təcrübəli məşqçilər tərəfindən təşkil olunacaq qrupların tərkibində məşqlərdə iştirak edə bilərlər.
Velotrekdə aşağıdakı xidmət və imkanlar mövcuddur:
* Müasir standartlara uyğun Velotrek
* Velosiped icarəsi xidməti
* Trenajor zalı
* Minifutbol meydançası
* Peşəkar həkim nəzarəti
* Duş və paltardəyişmə otaqları
Ünvan: Rövşən Cəfərov küçəsi 10 (20 Yanvar metrostansiyasının yanı)
Ətraflı məlumat və qeydiyyat üçün əlaqə nömrəsi: +994 55 884 04 80
E-poçt: office@azvif.az