Trek velosipedi üzrə Azərbaycan yığma komandasının üzvü Viktoriya Sidorenko Qazaxıstanın paytaxtı Astanada keçirilən beynəlxalq “Silk Way Series Astana” beynəlxalq turnirində uğurla çıxış edib.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2-ci kateqoriyalı yarışında idmançımız 200 metr məsafəyə sprint yarışında bürünc medal qazanıb. Bu nəticə ilə Viktoriya Sidorenko aktivinə 80 reytinq xalı da əlavə edib.