Yeniyetmə velosipedçilərimizin Gürcüstan uğuru

Yeniyetmə velosipedçilərimizin Gürcüstan uğuru

Gürcüstanın paytaxtı Tbilisidə yeniyetmələr arasında şose velosipedi üzrə “Tbilisi Kuboku” beynəlxalq turniri keçirilib. Yarışda ölkəmizi “Elçin Əsədov Velosiped Məktəbi”nin idmançıları uğurla təmsil edib.

U13 yaş kateqoriyasında Ayxan Pənahlı 2-ci, Əbdürəhman Rəfiyev 3-cü nəticə göstərib. U16 yaş kateqoriyasında isə Raul Mahmudov finiş xəttini 10-cu, Ərşad Əsədov 12-ci keçib.

Göstərilən platformalarda paylaş:

Bütün hüquqlar qorunur © 2025