Yığma komandamız “Tour of Mersin”də iştirak edib

Yığma komandamız “Tour of Mersin”də iştirak edib

10-14 may tarixlərində keçiriləcək “Bakı-Xankəndi” Azərbaycan Velosiped Yarışına hazırlaşan şose velosipedi üzrə Elit/U23 yığma komandamız Türkiyədə təşkil olunan “Tour of Mersin” yarışında iştirak edib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı yarışında baş məşqçi Vladimir Buşanskinin rəhbərliyi altında 6 velosipedçimiz mübarizə aparıb.

Ağır dağ mərhələləri ilə yadda qalan Mersin Turunda təmsilçilərimizdən ən yüksək nəticəyə Musa Mikayılzadə imza atıb – o, 18 komandanın heyətində 112 velosipedçinin mübarizə apardığı 4 mərhələli yarışda ümumi təsnifatda 20-ci nəticə göstərib.

Göstərilən platformalarda paylaş:

Bütün hüquqlar qorunur © 2026