Azərbaycan Velosiped İdmanı Federasiyasının rəsmi internet saytı azvif.az NETTY Milli İnternet Mükafatına layiq görülüb. Saytımız “XXI ƏSRİN HƏYAT TƏRZİ VƏ TURİZM” nominasiyası üzrə ekspertlərdən ən yüksək xal alaraq 1-ci olub. Bu nominasiyada “First Step Tourism” saytı 2-ci, “AVİA.AZ – Ən ucuz aviabilet axtarış sistemi” saytı isə 3-cü olub.
Qeyd edək ki, 2004-cü ildə təsis edilən NETTY Milli İnternet Mükafatı – Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın ilk peşəkar mükafatıdır. NETTY hər il Azərbaycanın ən yaxşı veb-saytlarını, mobil tətbiqlərini, sosial resurslarını müəyyənləşdirir və mükafatlandırır.