Şose velosipedi üzrə mövsümün Açılış yarışı keçirilib

Şose velosipedi üzrə mövsümün Açılış yarışı keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyasının 2026-cı il üçün təsdiq etdiyi idman təqvim planına əsasən, şose velosipedi üzrə mövsümün Açılış yarışı keçirilib. Veloparkda təşkil olunan yarışda müxtəlif klub və cəmiyyətlərin 70-ə yaxın velosipedçisi 5 yaş kateqoriyasında mübarizə aparıb.

2012-2013-cü il təvəllüdlü oğlanların 6,4 km məsafəyə mübarizəsi Emil Abbasovun qələbəsi ilə başa çatıb. 2010-2011-ci il təvəllüdlü oğlanlar arasında isə İlkin Sadıqzadə 9,6 km məsafəni hamıdan tez qət edib.

2008-2009-cü il yaş qrupunda olan oğlanlar 12,8 km məsafə qət ediblər. Bu kateqoriyada Həsən Zeynalov hamıdan güclü olub.

Məryəm Hüseynova 2008-2009-cü il təvəllüdlü qızların 6,4 km məsafəyə mübarizəsində hamını qabaqlayıb. 2011-2013-cü doğumlu qızlar arasıda isə Suvar İsayeva 3,2 km-i 1-ci başa vurub.

Qaliblər medal, diplom və hədiyyələrlə təltif ediliblər.

Share on the indicated platforms:

Bütün hüquqlar qorunur © 2026