Elçin Əsədov Velosiped Məktəbi (AE Cycling School)

AE Cycling School velosiped idmanına maraq göstərən uşaqlar, yeniyetmələr və gənclər üçün velosiped sürmə bacarıqları, texniki biliklər və idman yönümlü təlimlər həyata keçirən ixtisaslaşmış idman məktəbidir. Respublika Velotrekində fəaliyyət göstərən məktəbin əsas məqsədi velosiped idmanının təməl bacarıqlarını öyrətmək və inkişaf etdirmək, yeniyetmə və gənclərdə nizam-intizam, fiziki hazırlıq və idmana maraq formalaşdırmaq, onları peşəkar idman karyerasına […]
Para-velosiped

“Azərbaycan Əlil Velosipedçilərə Dəstək” İctimai Birliyi 27 dekabr 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Təsisçilər 1-ci qrup fiziki məhdudiyyətli əlil arabası istifadəçisi Amid Həsənquliyev və 1-ci qrup Qarabağ qazisi, əlil arabası istifadəçisi Bəhlul Əliyevdir. “Azərbaycan Əlil Velosipedçilərə Dəstək” İctimai Birliyinin əsas məqsədlərindən biri paytaxtda və bölgələrdə müxtəlif “handbike” yürüş və yarışları keçirmək, bununla da əlilliyi olan […]
7 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi

7 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi Hazırda “Təhsil” Respublika İdman Mərkəzinin nəzdində fəaliyyət göstərən 7 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi (7İOEUGİM) 1969-cu ildə yaradılıb. Məktəbin velosiped idmanı ilə məşğul olan idmançıları Əhmədli qəsəbəsində yerləşən 7İOEUGİM-ə məxsus velobazada, Respublika Velotrekində və şoselərdə məşq keçirlər. Məktəbin yetirmələrinin uğurları: 7İOEUGİM-də velosiped, boks, […]
Respublika Olimpiya Ehtiyat Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbi

Respublika Olimpiya Ehtiyat Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbi (ROEQİUGVM) Azərbaycanda velosiped idmanının inkişafına öz töhfələrini vermiş məktəblərdəndir. Məktəb 1984-cü ildə yaradılıb və Respublika Velotrekinin bazasında fəaliyyət göstərir. Burada velosiped idmanı ilə məşğul olan yeniyetmə və gənclər məşqləri həm açıq səma altındakı velotrek meydanında, həm Veloparkda, həm də ölkə daxilində şose yollarında keçirlər. Məktəbin yetirmələrinin uğurları: […]