Fikrət Akif oğlu Hüseynov 1969-cu il noyabrın 11-də Bakı şəhərində anadan olub. 1986-1991-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında “Bədən tərbiyəsi və idman” fakültəsinin “Futbol üzrə məşqçi-müəllim” ixtisası üzrə təhsil alıb.
Əmək fəaliyyəti dövründə bu vəzifələrdə çalışıb:
1992-1996-cı illərdə Bakı Metropolitenində İdman şöbəsinin rəhbəri;
1996-2006-cı illərdə “Neftçi veteranları” klubunda menecer;
2006-2024-cü illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində Olimpiya və Paralimpiya idman növləri üzrə sektor müdiri;
2006-2015-ci illərdə “AZAL” Futbol Klubunda birinci vitse-prezident;
2008-2015-ci illərdə Avropa Klublar Assosiasiyasının üzvü kimi FİFA və UEFA-nın müxtəlif tədbirlərində iştirak;
2015-2020-ci illərdə “AZAL” Futbol Klubunda prezident;
2015-2016-cı illərdə AFFA Klublar Komitəsinin sədri;
2021-ci ildən bu günədək “Silk Way Group” Müşahidə Şurası sədrinin idman məsələləri üzrə müşaviri;
08 aprel 2024-cü il tarixindən bu günədək Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyində olan “Heydər Əliyev adına İdman-Konsert Kompleksi” MMC-də direktor.
02 may 2025-ci ildə Azərbaycan Velosiped İdmanı Federasiyasının icraçı vitse-prezidenti seçilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 iyul 2019-cu il tarixli 1344 nömrəli Sərəncamı ilə “Dövlət Qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi, İdman Ustasıdır.
Ailəlidir, 2 övladı var.