Zaur Axundov “Silk Way Group” şirkətinin prezidenti və baş icraçı direktoru, cədvəl və çarter yükdaşıyıcıları kimi fəaliyyət göstərən iki müəssisə və bir texniki təmir təşkilatını özündə birləşdirən Azərbaycanın hava yükdaşımaları şirkətinin təsisçisidir.
Zaur Axundov 27 filialı ilə bütün dünyada 1500-dən çox işçisi olan və baş ofisi Azərbaycanda yerləşən “Silk Way Group”un strateji istiqamətinə nəzarət edir. “Silk Way Group” öz fəaliyyətinə 2001-ci ildə “Silk Way Airlines”, 2007-ci ildə “Silk Way Technics” və 2012-ci ildə “Silk Way West Airlines”ın yaradılması ilə başlayıb.
“Silk Way West Airlines” 2016-cı ildə donanma sayı, şəbəkə və yükdaşıma həcminin artımı baxımından ən sürətlə inkişaf edən aviaşirkət kimi tanınıb.
Zaur Axundov 2001-ci ildə “Silk Way Airlines”ın yaradılmasından bəri “Silk Way Group”un prezidenti və baş icraçı direktoru olub. O, icraçı, idarəetmə və əməliyyat təcrübəsi sayəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda dünya səviyyəli hava yük qovşağı yaradaraq, “Silk Way West Way” Hava Yolları və “Silk Way West Airlines” şirkətinin kapital daşımalarını daim genişləndirir, müxtəlif istiqamətlərə müntəzəm uçuşlar şəbəkəsini inkişaf etdirir.
Zaur Axundov əmək fəaliyyətinə 1991-ci ilin sentyabrında Azərbaycan Dövlət İqtisadiyyat və İqtisadiyyatın Planlaşdırılması Komitəsində xarici iqtisadi əlaqələr üzrə aparıcı iqtisadçı kimi başlayıb. Bir ildən sonra isə Azərbaycan Respublikası Xarici İqtisadi Əlaqələr Nazirliyində Baş mütəxəssis vəzifəsini icra etməyə başlayıb və iki ilə yaxın müddət ərzində müqavilələr, marketinq və investisiya ekspertizası sahəsində böyük təcrübə qazanıb. 1994-1998-ci illərdə Azərbaycan-Ukrayna “AZALAVİACARGO” birgə müəssisəsinin direktoru vəzifəsində çalışıb. 1998-ci ildən 2000-ci ilə kimi AZAL Karqo Şirkətində İdarəedici direktor vəzifəsində çalışıb. Qısa müddət sonra AZAL QSC-nin Bakı Hava Limanına direktor təyin edilib və 2001-ci ilə qədər bu vəzifədə fəaliyyət göstərib.
2001-ci ildə Zaur Axundov “Silk Way Airlines” şirkətini təsis edib. Zaur Axundov “Silk Way Group”un iki hava yükdaşıyıcısı olan “Silk Way West Airlines” və “Silk Way Airlines” şirkətlərinin Müşahidə Şuralarının sədridir. Zaur Axundov Azərbaycan Dövlət İqtisad Universitetində iqtisad elmləri namizədi, Moskva Dövlət Universitetində isə tarix üzrə bakalavr dərəcəsinə malikdir.
Zaur Axundov 02 may 2025-ci ildə Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti seçilib.