Gənclər yığmamız Qazaxıstanda beynəlxalq turnirdə iştirak edib

Gənclər yığmamız Qazaxıstanda beynəlxalq turnirdə iştirak edib

Ölkəmizin şose velosipedi üzrə gənclərdən ibarət yığma komandası 25-29 mart tarixlərində Qazaxıstanın Qızılorda şəhərində keçirilən çoxgünlük Qazaxıstan Kuboku yarışında iştirak edib. Heyəti Nihad Xudoyev, Çingiz İsayev, Rəhim Nağıyev, Həsən Zeynalov və Murad Nadirovdan ibarət komandamız çoxgünlük yarışda böyük məşqçi Elçin Qasımovun rəhbərliyi altında mübarizə aparıb.

5 gün ərzində U23 və Elit kateqoriyalı idmançılarla birgə yarışan velosipedçilərimizdən ümumi təsnifatda ən yaxşı göstərici Rəhim Nağıyevə məxsusdur – o, 100 iştirakçı arasında 35-ci olub. Nihad Xudoyev isə sıralamada 40-cı nəticə göstərib.

Göstərilən platformalarda paylaş:

Bütün hüquqlar qorunur © 2026