Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Qəbələdə 3 İyun – Ümumdünya Velosiped Günü münasibətilə yeniyetmə və gənclər arasında veloyürüş keçirilib.
Tədbirin keçirilməsində əsas məqsəd yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, velosiped idman növünə marağın artırılması, fiziki aktivliyin təşviqi və ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi olan velosipeddən istifadənin genişləndirilməsi olub.
Sonda iştirakçılara Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin diplom və medalları təqdim olunub.