Bakı Şəhər Gənclər və İdman İdarəsi, Azərbaycan Velosiped İdmanı Federasiyası və Respublika Olimpiya Ehtiyatları Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin birgə təşkilatçılğı ilə Binəqədi rayonunun məktəbliləri arasında velosiped yarışı keçirilib.
Bakı şəhərinin 2026-cı il “Dünyanın İdman Paytaxtı” seçilməsi münasibətilə təşkil olunan yarışda rayonun müxtəlif ümumtəhsil məktəblərini təmsil edən 30-a yaxın oğlan və qız şagird qrup ötüşməsində mübarizə aparıblar.
Oğlanların yarışında 99 saylı tam orta məktəbin şagirdləri Fərid Dadaşzadə birinci, Ömər Məmmədov üçüncü yeri tutub. 248 saylı tam orta məktəbin təmsilçisi Məhəmməd Yüzbəyov ikinci nəticə göstərib.
Qızların mübarizəsində 248 saylı tam orta məktəbin şagirdi Gülər Cəfərova qalib gəlib. 99 saylı tam orta məktəbin təmsilçisi Lətifə Kərimova ikinci, 283 saylı tam orta məktəbin şagirdi Esra Mikayıl isə üçüncü olub.
The winning students were awarded medals and diplomas. It should be noted that the tournament marks the first stage of a series of competitions to be held among schoolchildren in Baku. The project aims to promote cycling among schoolchildren, encourage a healthy lifestyle, and identify promising young talents.