Çoxgünlük ötüşmələr üzrə ölkə çempionatı başa çatıb

Çoxgünlük ötüşmələr üzrə ölkə çempionatı başa çatıb

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə İsmayıllı rayonunda keçirilən çoxgünlük ötüşmələr üzrə ölkə çempionatına yekun vurulub. Qaliblər 3 yarış gününün nəticələrinə əsasən müəyyənləşib.

İştirakçılar mövsümün şose velosipedi üzrə sonuncu daxili yarışının 1-ci və 3-cü günlərində qrup ötüşməsi, 2-ci günündə isə fərdi ötüşmə növü üzrə mübarizə aparıblar.

Ümumi təsnifatda Elit/U23 yaş kateqoriyasında Şahin Eyvazov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Nofəl Nuriyev 2-ci, Əli Qurbanov 3-cü yeri tutub (hər üçü “AE Cycling School”).

Gənclər kateqoriyasında Nihad Xudoyev (ROEQIUGVM) Azərbaycan çempionu olub. Murad Nadirov (Təhsil) və Həsən Zeynalov (ROEQIUGVM) müvafiq olaraq 2-3-cü nəticə göstəriblər.

U17 yaş kateqoriyasında Ümid İsmayılov qızıl, İlkin Sadıqzadə gümüş medal qazanıb (hər ikisi Təhsil). Əli Zeynalzadə (ROEQIUGVM) bürünclə kifayətlənib.

U15 yaş kateqoriyasında Emil Abbasov (AE Cycling School) 3 yarış gününün yekununda ən yaxşı nəticə göstərib. İsmayıl Xankişiyev və Mirəli Miryəhyayev (hər ikisi ROEQIUGVM) isə ilk üçlüyü tamamlayıblar.

Fərqlənən velosipedçilər Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmani Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif ediliblər.

Share on the indicated platforms:

All rights reserved © 2026