Daşkənddə xoş sürpriz

Daşkənddə xoş sürpriz

Mayın 10-14-də keçiriləcək Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışına hazırlaşan şose velosipedi üzrə Elit/U23 yəğma komandamızın üzvləri hazırda Özbəkistandadır. Paytaxt Daşkənddə məşqdən qayıdarkən komanda üzvlərimiz təsadüfən xoş bir sürprizlə üzləşiblər – velosipedçilərimiz tanınmış iş adamı, “Sea Breeze Resort”un təsisçisi Emin Ağalarovla görüşüblər.

Yığma komanda üzvlərinə qələbə arzulayan Emin Ağalarov “Bakı-Xankəndi” Azərbaycan Velosiped Yarışının uğurla keçəcəyinə əmin olduğunu bildirib və ölkəmizin təbliğinə böyük töhfə verəcəyini deyib.

Qeyd edək ki, Emin Ağalarovun təsisçisi olduğu “Sea Breeze Resort” Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının əsas dəstəkçilərindən və sponsorlarından biridir.

Share on the indicated platforms:

All rights reserved © 2025