Gəncədə 3 İyun – Ümumdünya Velosiped Gününə həsr olunmuş veloyürüş keçirilib

Gəncədə 3 İyun – Ümumdünya Velosiped Gününə həsr olunmuş veloyürüş keçirilib

Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə–Daşkəsən Regional Gənclər və İdman İdarəsi, Azərbaycan Velosiped İdmanı Federasiyası və Gəncə Gənclər Evinin birgə təşkilatçılığı ilə Gəncədə 3 İyun – Ümumdünya Velosiped Günü münasibətilə veloyürüş keçirilib.

Tədbir Heydər Əliyev Park-Kompleksinin ərazisində yerləşən Zəfər Tağının qarşısından start götürərək velosiped zolağı istiqamətində davam edib. İştirakçılar 6 kilometrdən artıq marşrut üzrə hərəkət etdikdən sonra yürüşü yenidən Zəfər Tağının qarşısında başa vurublar.

Tədbirin keçirilməsində əsas məqsəd yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, velosiped idman növünün təşviqi və bu sahəyə marağın artırılması olub.

Share on the indicated platforms:

All rights reserved © 2026