Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Velosiped İdmanı Federasiyasının 2026-cı il üçün təsdiq etdiyi idman təqvim planına əsasən, Respublika Velotrekində trek velosipedi üzrə ölkə çempionatı keçirilib.
Üç gün davam edən yarışda Azərbaycanın müxtəlif klub və cəmiyyətlərini təmsil edən 80-ə yaxın idmançı iştirak edib. Müxtəlif yaş qruplarını əhatə edən yarışda velosipedçilər trek velosipedinin bir sıra əsas növləri üzrə öz qüvvələrini sınayıblar.
Çempionat çərçivəsində idmançılar 500 metr, 2 və 3 kilometr məsafələrə fərdi ötüşmə, 200 metr məsafəyə sprint, həmçinin skretç və xallar üzrə qrup ötüşməsi növlərində mübarizə aparıblar. Yarış ərzində iştirakçılar sürət, taktiki hazırlıq və dözümlülüklərini nümayiş etdirərək yüksək nəticələr uğrunda mübarizə aparıblar.
Ölkə çempionatı həmçinin müxtəlif yaş qruplarından olan velosipedçilərin yarış təcrübəsinin artırılması, perspektivli idmançıların üzə çıxarılması və trek velosipedinin ölkəmizdə daha da inkişaf etdirilməsi baxımından əhəmiyyət daşıyıb.
Yarışların nəticələrinə əsasən ayrı-ayrı növlər və yaş kateqoriyaları üzrə qalib və mükafatçılar müəyyənləşib. Fərqlənən idmançılar Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən medal və diplomlarla təltif olunublar.
***
Trek üzrə ölkə çempionatı
26-28.08.2026
U15 Girls (2012-2014)
Fərdi ötüşmə / 500 metr
1. Amina Cəfərova (ROEQİUGVM)
2. Elenika Vəlizadə (ROEQİUGVM)
3. Mehriban Əzimli (ROEQİUGVM)
U15 Boys (2012-2014)
Fərdi ötüşmə / 500 metr
1. İsmayıl Xankişiyev (ROEQİUGVM)
2. Abdurrəhman Rəfiyev (AE Cycling School)
3. Elcan Yusifzadə (ROEQİUGVM)
U17 oğlanlar (2010-2011)
Fərdi ötüşmə / 2 km
1. İlkin Sadıqzadə (Təhsil)
2. Nihad Əkbərov (Təhsil)
3. Raul Mahmudov (AE Cycling School)
U17 qızlar (2010-2011)
Fərdi ötüşmə / 2 km
1. Maryam Huseynova (ROEQIUGVM)
2. Sevinc Sultanzadə (AE Cycling School)
3. Marina Akimova(ROEQİUGVM)
Gənc oğlanlar (2008-2009)
Xallar üzrə qrup ötüşməsi
1. Çingiz İsayev (ROEQİUGVM)
2. Rəhim Nağıyev (ROEQİUGVM)
3. Nihad Xudoyev (ROEQİUGVM)
U15 Girls (2012-2014)
Skretç / 5 km
1. Amina Cəfərova (ROEQİUGVM)
2. Elenika Vəlizadə (ROEQİUGVM)
3. Suvar İsayeva (ROEQİUGVM)
U17 qızlar (2010-2011)
Xallar üzrə qrup ötüşməsi
1. Maryam Huseynova (ROEQIUGVM)
2. Sevinc Sultanzadə (AE Cycling School)
3. Marina Akimova (ROEQİUGVM)
U15 Girls (2012-2014)
Sprint / 200 metr
1. Amina Cəfərova (ROEQİUGVM)
2. Elenika Vəlizadə (ROEQİUGVM)
3. Suvar İsayeva (ROEQİUGVM)
U15 Boys (2012-2014)
Skretç / 7.5 km
1. İsmayıl Xankişiyev (ROEQİUGVM)
2. Abdurəhman Rəfiyev (AE Cycling School)
3. Mirəli Miryəhyayev (ROEQİUGVM)
U17 oğlanlar (2010-2011)
Xallar üzrə qrup ötüşməsi
1. İlkin Sadıqzadə (Təhsil)
2. Əli Zeynalzadə (ROEQİUGVM)
3. Ümid İsmayılov (Təhsil)
U15 Boys (2012-2014)
Sprint / 200 m
1. İsmayıl Xankişiyev (ROEQİUGVM)
2. Anar Mustafazadə (Təhsil)
3. Elcan Yusifzadə (ROEQİUGVM)
Gənc oğlanlar (2008-2009)
Fərdi ötüşmə / 3 km
1. Rəhim Nağıyev (ROEQİUGVM)
2. Nihad Xudoyev (ROEQİUGVM)
3. Çingiz İsayev (ROEQİUGVM)
U15 Girls (2012-2014)
Skretç / 5 km
1. Amina Cəfərova (ROEQİUGVM)
2. Elenika Vəlizadə (ROEQİUGVM)
3. Suvar İsayeva (ROEQİUGVM)
U17 qızlar (2010-2011)
Skretç / 5 km
1. Maryam Huseynova (ROEQIUGVM)
2. Sevinc Sultanzadə (AE Cycling School)
3. Marina Akimova (ROEQİUGVM)
U15 Boys (2012-2014)
Xallar üzrə qrup ötüşməsi
1. İsmayıl Xankişiyev (ROEQİUGVM)
2. Ayxan Pənahlı (AE Cycling School)
3. Anar Mustafazadə (Təhsil)
U17 oğlanlar (2010-2011)
Skretç / 22 dairə
1. Emil Vaxrameyev (ROEQİUGVM)
2. Əli Zeynalzadə (ROEQİUGVM)
3. Nihad Əkbərov (Təhsil)
Gənc oğlanlar (2008-2009)
Skretç / 10 km
1. Nihad Xudoyev (ROEQİUGVM)
2. Rəhim Nağıyev (ROEQİUGVM)
3. Çingiz İsayev (ROEQİUGVM)