Trek yığmamız Avropa çempionatında iştirak edəcək

Trek yığmamız Avropa çempionatında iştirak edəcək

İyulun 7-dən 12-dək Almaniyanın Kottbus şəhərində velosiped idmanının trek növü üzrə gənclər/U23 yaş kateqoriyaları üzrə Avropa çempionatı keçiriləcək. 6 gün davam edəcək yarışda baş məşqçi Vladimir Buşanskiy və məşqçi Elçin Qasımovun rəhbərliyi altında 7 velosipedçimiz çıxış edəcək.

Diqqət çəkən əsas məqam ölkəmizin ilk dəfə gənc qızlar arasında qitə çempionatında təmsil olunmasıdır- Avropa çempionatına yollanan heyətdə Nəzrin İsbəndiyarova da yer alır.

Digər idmançılarımıza gəlincə, U23 kateqoriyasında Tural İsrafilov və Maksim Trendelyov, gənc oğlanlar arasında isə Çingiz İsayev, Nihad Xudoyev, Rəhim Nağıyev və Murad Nadirov medallar uğrunda mübarizə aparacaqlar.

Share on the indicated platforms:

All rights reserved © 2026