Bakı Şəhər Gənclər və İdman İdarəsi, Azərbaycan Velosiped İdmanı Federasiyası və Respublika Olimpiya Ehtiyatları Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin birgə təşkilatçılğı ilə Xətai rayonunun məktəbliləri arasında velosiped yarışı keçirilib.
Bakı şəhərinin 2026-cı il “Dünyanın İdman Paytaxtı” seçilməsi münasibətilə təşkil olunan yarışda rayonun müxtəlif ümumtəhsil məktəblərini təmsil edən 50-yə yaxın oğlan və qız şagird qrup ötüşməsində mübarizə aparıblar.
Oğlanlar arasında 260 saylı tam orta məktəbin şagirdi Ümid Xanəliyev finiş xəttini birinci keçərək yarışın qalibi olub. 64 saylı tam orta məktəbin təmsilçisi Orxan Məhərrəmov ikinci, Heydər Əliyev adına liseyin şagirdi Məhəmmədəli Hüseynzadə isə üçüncü yeri tutub.
Qızların mübarizəsində 55 saylı tam orta məktəbi təmsil edən Əsma Məmmədova birinci olub. 254 saylı tam orta məktəbin təmsilçisi Leyla Mütəllimzadə ikinci, 64 saylı tam orta məktəbin şagirdi Aynur İbadullazadə isə üçüncü nəticə göstərib.
Fərqlənən şagirdlər medal və diplomlarla təltif olunublar. Qeyd edək ki, turnir Bakı şəhərinin məktəbliləri arasında keçiriləcək silsilə yarışların ilk mərhələsidir. Layihənin əsas məqsədi məktəblilər arasında velosiped idmanına marağı artırmaq, sağlam həyat tərzini təşviq etmək və perspektivli yenyetmələri üzə çıxarmaqdır.