Yığma komandamız Türkiyədə yarışacaq

Yığma komandamız Türkiyədə yarışacaq

Şose velosipedi üzrə yığma komandamız avqustun 4-7-də Türkiyədə təşkil olunacaq “Tour of Kahramanmaraş” yarışında iştirak edəcək. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı 4 günlük yarışında velosipedçilər ümumilikdə 488 km məsafə qət etməlidirlər.

Məşqçi Elçin Əsədovun rəhbərliyi altında Türkiyədə Musa Mikayılzadə, Nofəl Nuriyev, Əli Qurbanov, Şahin Eyvazov, Süleyman Ələkbərov və Maksim Trendelyov mübarizə aparacaqlar.

Share on the indicated platforms:

All rights reserved © 2026