Zəfər Günü münasibətilə Sabunçu rayonunda veloyürüş keçirilib

Zəfər Günü münasibətilə Sabunçu rayonunda veloyürüş keçirilib

8 Noyabr – Zəfər Günü münasibətilə Sabunçu rayonunda vətənpərvərlik ruhunun təbliği, gənclər arasında sağlam həyat tərzinin təşviqi və idmanın kütləviliyinin artırılması məqsədilə veloyürüş təşkil olunub.

Sabunçu Rayon İcra Hakimiyyətinin, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Sabunçu rayonu üzrə Gənclər və İdman Sektorunun və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbir Balaxanı qəsəbəsi ərazisində baş tutub.

Veloyürüşdə 40-dan artıq velosipedçi iştirak edib. İştirakçılar Zəfər Gününün mahiyyətini və əhəmiyyətini əks etdirən tədbirdə fəallıq nümayiş etdirərək, Azərbaycanın tarixi Qələbəsinə həsr olunmuş bu əlamətdar günü idman və birlik ruhunda qeyd ediblər.

Share on the indicated platforms:

All rights reserved © 2026