Zəfər Gününə həsr olunan velosiped yarışında velosipedçilər və futbolçular bir araya gəliblər

Zəfər Gününə həsr olunan velosiped yarışında velosipedçilər və futbolçular bir araya gəliblər

8 Noyabr – Zəfər Günü münasibətilə Respublika Olimpiya Ehtiyatları Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbi və “Ulduz” Futbol Akademiyasının 2012–2013-cü il təvəllüdlü idmançıları arasında velosiped yarışı keçirilib. “Zəfərimizlə fəxr edirik” devizi altında təşkil olunan yarışda 30-a yaxın idmançı mübarizə aparıb.

İştirakçılar hər komandada bir velosipedçi və bir futbolçu olmaqla cütlüklər şəklində yarışıblar. İsmayıl Xankişiyev – Yüzarsif Əsgərli cütlüyü rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Rafiq Əliyev – Oqtay Ələkbərov cütlüyü ikinci, Eyyub İsmayılzadə – Əbdülxaliq İbrahimli cütlüyü isə üçüncü yeri tutub.

Fərqlənən idmançılar medal, diplom və hədiyyələrlə təltif ediliblər. Bundan əlavə, bütün iştirakçılara sertifikatlar təqdim olunub.

Növbəti yarışda isə futbolçular və velosipedçilər futbol meydançasında qarşılaşacaqlar.

Share on the indicated platforms:

All rights reserved © 2026