Azərbaycan Velosiped Federasiyasının məşqçisi Elgün Əlizadə İsveçrənin Aigle şəhərində keçirilən “UCI Level 2” Məşqçilik Kursunu uğurla başa vurub

Azərbaycan Velosiped Federasiyasının məşqçisi Elgün Əlizadə İsveçrənin Aigle şəhərində keçirilən “UCI Level 2” Məşqçilik Kursunu uğurla başa vurub

Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun dəstəyi ilə təşkil olunan kurs çərçivəsində Elgün Əlizadə beynəlxalq səviyyədə nəzəri və praktiki biliklərini artıraraq mühüm təcrübə qazanıb. O, proqramı uğurla tamamlayaraq müvafiq sertifikatla təltif olunub.

Qeyd edək ki, kurs müddətində məşqçi fiziologiya, psixologiya, qidalanma və performans analizi kimi mühüm sahələr üzrə dərslərdə iştirak edib. Bununla yanaşı, mexaniki biliklərini də təkmilləşdirərək velosipedlərin texniki baxımı üzrə bacarıqlarını artırıb.

Bu proqram Elgün Əlizadənin peşəkar inkişafına mühüm töhfə verməklə yanaşı, Azərbaycan velosiped idmanının gələcək inkişafı baxımından da böyük əhəmiyyət daşıyır. Onun beynəlxalq səviyyədə qazandığı bilik və bacarıqlar yeni nəsil idmançıların yetişdirilməsində və ölkəmizin beynəlxalq idman arenasında daha güclü təmsil olunmasında mühüm rol oynayacaqdır.

Göstərilən platformalarda paylaş:

Bütün hüquqlar qorunur © 2026