AzVIF-in birinci vitse-prezidenti Sahib Ələkbərov “Bizim İdman” verilişinin qonağı olub

AzVIF-in birinci vitse-prezidenti Sahib Ələkbərov “Bizim İdman” verilişinin qonağı olub

Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti, Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov “CBC Sport” televiziyasında yayımlanan “Bizim İdman” proqramının qonağı olub.

Veriliş zamanı federasiya rəsmisi 10-14 may tarixlərində keçirilmiş beynəlxalq velosiped yarışı barədə ətraflı məlumat verib. O, yarışın ölkəmizdə velosiped idmanının inkişafına verdiyi töhfədən danışaraq bildirib ki, Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı ölkəmizin idman potensialının və bölgələrdə keçirilən beynəlxalq tədbirlərin uğurlu nümunələrindən biri hesab oluna bilər.

Verilişdə yarışın perspektivləri, federasiyanın gələcək planları və gənc velosipedçilərin inkişafı istiqamətində görülən işlər barədə də məlumat verilib.

Göstərilən platformalarda paylaş:

Bütün hüquqlar qorunur © 2026