Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışına hazırlıq işləri “CBC Sport”da müzakirə edilib

Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışına hazırlıq işləri “CBC Sport”da müzakirə edilib

Mayın 10-14-də keçiriləcək Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışına hazırlıq işləri “CBC Sport” televiziyasında yayımlanan “Bizim idman” verilişində müzakirə edilib.

Azərbaycan Velosiped İdmanı Federasiyasının İctimaiyyətlə əlaqələr üzrə meneceri Pərviz Musayev verilişin aparıcısı Şəmsəddin Abbasovun yarışla bağlı suallarını cavablandırıb, görülən işlərlə bağlı ətraflı məlumat verib.

Qeyd edək ki, beşgünlük yarışın bütün mərhələləri “Eurosport” və “CBC Sport” telekanalları vasitəsilə canlı yayımlanacaq.

Göstərilən platformalarda paylaş:

Bütün hüquqlar qorunur © 2026