Çoxgünlük ötüşmələr üzrə ölkə çempionatına yekun vurulub

Çoxgünlük ötüşmələr üzrə ölkə çempionatına yekun vurulub

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə trek növündə çoxgünlük ötüşmələr üzrə ölkə çempionatı keçirilib. Yarışda müxtəlif yaş kateqoriyalarında çıxış edən 60-dan artıq velospedçi mübarizə aparıb.

2012–2014-cü il təvəllüdlü yeniyetmə oğlanların mübarizəsində İsmayıl Xankişiyev qələbə qazanıb. Ayxan Pənahlı gümüş, Anar Mustafazadə bürünc medala layiq görülüb.

2010–2011-ci il təvəllüdlü yeniyetmə oğlanlar arasında İlkin Sadıqzadə qalib olub. Əli Zeynalzadə ikinci, Ümid İsmayılov üçüncü yeri tutub.

2010–2014-cü il təvəllüdlü qızlar arasında Məryəm Hüseynova qızıl medal qazanıb. Amina Cəfərova gümüş, Elenika Vəlizadə bürünc medal əldə edib.

Gənc oğlanlar kateqoriyasında Rəhim Nağıyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Nihad Xudoyev ikinci, Murad Nadirov üçüncü yerlə kifayətlənib. Fərqlənən idmançılar medal və diplomla təltif ediliblər.

Göstərilən platformalarda paylaş:

Bütün hüquqlar qorunur © 2026