Dədə Qorqud parkında “Səhər idmanı” layihəsi çərçivəsində növbəti məşq keçirilib

Dədə Qorqud parkında “Səhər idmanı” layihəsi çərçivəsində növbəti məşq keçirilib

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkil etdiyi “Səhər idmanı” layihəsi çərçivəsində açıq hava idman məşqi keçirilib. Dədə Qorqud parkında təşkil olunan məşqdə şose velosipedi üzrə Əməkdar idman ustası, 2026-cı ilin “İdman səfiri” Elçin Əsədov iştirakçılarla bir araya gəlib və səhər idman məşqinə rəhbərlik edib.

Məşq zamanı iştirakçılar müxtəlif fiziki hərəkətlər yerinə yetirib, sağlam və aktiv həyat tərzinin əsas prinsipləri ilə bağlı faydalı məlumatlar əldə ediblər. Açıq havada keçirilən məşq iştirakçıların fiziki aktivliyinin artırılması, günə enerjili başlamaları və müntəzəm idmanla məşğul olmalarının təşviq edilməsi baxımından əhəmiyyətli olub.

Qeyd edək ki, “Səhər idmanı” layihəsinin əsas məqsədi əhali arasında sağlam həyat tərzinin təbliği, fiziki aktivliyin artırılması, insanların idmana marağının gücləndirilməsi və səhər saatlarında açıq havada idman məşqlərinin təşviq edilməsidir.

Göstərilən platformalarda paylaş:

Bütün hüquqlar qorunur © 2026