Azərbaycan Velosiped İdmanı Federasiyasının 2026-cı il üçün təsdiq etdiyi idman təqvim planına əsasən, avqustun 2-də “Masters” kateqoriyası üzrə növbəti tədbir – Federasiya Kuboku yarışı keçiriləcək.
Yaşı 35-dən yuxarı olan həvəskar velosipedçilər bu dəfə qrup ötüşməsində qüvvələrini sınayacaqlar.
Tarix: 2 avqust 2026-cı il
Məkan: Velopark (Şıxov)
Start: 10:00
Kişilər 35-49 yaş (34 km)
Kişilər 50+ yaş (25 km)
Qadınlar 35+ yaş (17 km)
Qeydiyyat üçün aşağıdakı linkə daxil olun: